çərşənbə 12 noyabr 2025 - 18:34
Məhdəviyyət mövzuları (21) | İmam Mehdinin (ə) hökumətinin əhatə dairəsi və onun mərkəzi

Hövzə/ İslam elmi mənbələrində bir sıra rəvayətlər mövcuddur ki, onlar açıq şəkildə İmam Mehdinin (ə) hakimiyyətinin bütün dünyanı əhatə edəcəyindən xəbər verir.

Hövzə Xəbər Agentliyinin məlumatına əsasən, “İdeal Cəmiyyətə Doğru” adlı Həzrət İmam Zaman (ə) ilə bağlı təlim və maariflərin yayılması məqsədilə Məhdəviyyət mövzularının toplusu,  hörmətli oxuculara təqdim olunur.

Şübhəsizdir ki, Həzrət Mehdinin (ə) hakimiyyəti qlobal xarakter daşıyır, çünki o, bütün bəşəriyyətin vəd olunmuş xilaskarı və bütün insanların arzu və ümidlərinin reallaşdırıcısıdır. Buna görə də onun hakimiyyəti altında yaranacaq gözəlliklər və xeyirxahlıq bütün yer üzünü əhatə edəcək.

Bir çox rəvayətlər mövcuddur ki, onlar açıq şəkildə Həzrət Mehdinin (ə) hakimiyyətinin bütün dünyanı əhatə edəcəyini xəbər verir. Məsələn, Peyğəmbər Əkrəm (s) belə buyurmuşdur ki, Allah Təala demişdir:


«... وَ عِزَّتِی وَ جَلَالِی لَأُظْهِرَنَّ بِهِمْ دِینِی وَ لَأُعْلِینَّ بِهِمْ کَلِمَتِی وَ لَأُطَهِّرَنَّ الْأَرْضَ بِآخِرِهِمْ مِنْ أَعْدَائِی وَ لَأُمَلِّکَنَّهُ مَشَارِقَ الْأَرْضِ وَ مَغَارِبَهَا... .» (کمال‌الدین، ج ۱، ص ۲۵۶)
“And olsun izzət və cəlalıma  ki, onları vasitə edərək dinimi üstün edəcəyəm, əmrlərimi hökmran edəcəyəm və sonuncusunun (İmam Mehdi ə) vasitəsilə yer üzünü düşmənlərimdən təmizləyəcəyəm və onu yer üzünün şərq və qərbinə hökmran edəcəyəm.”
(Kamaluddin, cild 1, səh. 256)

Həmçinin İmam Baqir (ə) buyurur:
«اَلْقَائِمُ مِنَّا ... یبْلُغُ سُلْطَانُهُ اَلْمَشْرِقَ وَ اَلْمَغْرِبَ وَ یظْهِرُ اَللَّهُ عَزَّ وَ جَلَّ بِهِ دَینَهُ عَلَی اَلدِّینِ کُلِّهِ وَ لَوْ کَرِهَ اَلْمُشْرِکُونَ فَلاَ یبْقَی فِی اَلْأَرْضِ خَرَابٌ إِلاَّ قَدْ عُمِرَ... .» (کمال‌الدین، ج ۱، ص ۳۳۰)

“Qaim (ə) bizim (Peyğəmbər nəslindən)dir. Onun hakimiyyəti şərq və qərbi əhatə edəcək və Allah onun vasitəsilə dinini bütün dinlər üzərində üstün edəcək, baxmayaraq ki, müşriklər razı olmasınlar. Onun hakimiyyəti dövründə yer üzündə heç bir viran olunmuş məkan qalmayacaq ki, orası abadlaşdırılmasın”
(Kamalud-din, cild 1, səh. 330)

Məhdəviyyət: Hökumətin mərkəzi

Həzrət Mehdinin (ə) qlobal hakimiyyətinin mərkəzi tarixi Kufə şəhəri olacaq. O dövrdə Kufə böyük bir əraziyə sahib olacaq və yaxınlıqda yerləşən Nəcəf şəhərini də əhatə edəcək. Bu səbəbdən bəzi rəvayətlərdə mərkəz kimi “Kufə ”, bəzilərində isə “Nəcəf” göstərilmişdir.

İmam Sadiq (ə) uzun bir rəvayətində buyurur:


«... دَارُ مُلْکِهِ اَلْکُوفَةُ وَ مَجْلِسُ حُکْمِهِ جَامِعُهَا... .» (بحارالأنوار، ج ۵۳، ص ۱۱)

“Onun (İmam Mehdi ə) hakimiyyətinin mərkəzi Kufə şəhəri və hökmlərinin icra olunduğu yer onun məscidi olacaq.”
(Biharul-ənvar al-Ənvar, cild 53, səh. 11)

Qeyd etmək lazımdır ki, Kufə şəhəri həmişə Peyğəmbər (s) nəslinin diqqət mərkəzində olmuş, İmam Əlinin (ə) isə idarəçilik və hökmdarlıq mərkəzi kimi tanınmışdır. Şəhərin məşhur məscidi İslam dünyasının dörd əsas məscidindən biridir. İmam Əli (ə) burada namaz qılır, xütbə oxuyur və hökmləri icra edirdi. Nəticədə, İmam Əli (ə) məhz bu məscidin mehrabında şəhid edilmişdir.

Bu müzakirələrin ardı var....

Mənbə: Negine afərineş kitabı, müəyyən dəyişikliklərlə

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha